Respublika kuboku start götürdü

Respublika kuboku start götürdü

Bakı İdman Sarayında kikboksinq üzrə yeniyetmə, gənclər və böyüklər arasında Respublika Kuboku start götürüb.

mediasport.az xəbər verir ki, "Low kick" və "Full Contact" versiyası üzrə keçirilən yarış 2023-cü il üçün milli komandaların heyətini müəyyənləşdirmək üçün keçirilir.

Dekabrın 9-u saat 16:00-dan etibarən yarışın qala gecəsi baş tutacaq. Qala gecədə böyüklər arasında seçilmiş 10 final görüşü olacaq.