Misirdə Heydər Əliyevin 100 illik yubileyi şərəfinə döyüşlər keçiriləcək

Misirdə Heydər Əliyevin 100 illik yubileyi şərəfinə döyüşlər keçiriləcək

İyulun 11-də Azərbaycan və Misir kikboksçuları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yoldaşlıq döyüşləri baş tutacaq.

mediasport.az xəbər verir ki, yarış Azərbaycanın Misirdəki səfirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Yarışda məşqçilər Elşən Abdulrahmanov, Hakim Hacıyev, Telman Məhərrəmov, Fuad Zeynalovun rəhbərliyi ilə yığma komandamızın üzvləri Vüqar Məmmədov, Əsgər Rəhimov, Arzuman Qədimov, Qəşəm Məmmədov, Elşad Şahbazov, Elcan Alkişiyev, Bəhram Rəcəbzadə, Fatma Rəcəbzadə və Esmira Məmmədova iştirak edəcəklər.

Döyüşlər  Misirin paytaxtı Qahirə şəhərində yerləşən Qahirə Beynəlxalq Stadionunda keçiriləcək.