Benzema "Real"a qayıdır?

  Benzema "Real"a qayıdır?

"Əl-İttihad"ın hücumçusu Kərim Benzemanın qardaşı onun "Real"a qayıdacağı ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Mediasport.az xəbər verir ki, o, qısa açıqlamasında, "Saxta xəbərdir" sözlərini dilə gətirib.

Buna qədər Benzemanın adı "Olimpik" (Lion) və "Çelsi" ilə də hallanırdı.

"Əl-İttihad" da Kərimi icarə əsasında başqa kluba göndərməkdə maraqlıdır.

Fransa millisinin sabiq üzvü Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində 20 oyuna 12 qol vurub və 5 məhsuldar ötürmə edib.