Benzemanın yeni klubu dəqiqləşdi

Benzemanın yeni klubu dəqiqləşdi

2009-cu ildən Madrid "Real"ının formasını geyinən Kərim Benzemanın yeni klubu müəyyənləşib.

mediasport.az xəbər verir ki, fransalı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

35 yaşlı forvard "Əl İttihad" klubu ilə anlaşıb. Tərəflərin 2+1 illik müqavilə imzalayacağı bildirilir.

Benzema İspaniya nəhənginin heyətində 439 oyuna 238 qol vurub.