"Araz-Naxçıvan", "Kəpəz" və "Qəbələ" klubları cəzalandırılıb
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, toplantıda bəzi qərarlar qəbul olunub.
“Araz-Naxçıvan”ın futbolçusu İqor Ribeyro Premyer Liqanın VIII turunda “Zirə” ilə keçirilən oyunun 90+4-cü dəqiqəsində qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb.
27 yaşlı oyunçu IX turda komandasına kömək edə bilməyəcək. Bölgə təmsilçisi 500 manat də cərimə ödəyəcək.
Turun “Kəpəz” – “Qəbələ” görüşündə 5 futbolçusu sarı vərəqə alan “Qəbələ” 700 manat cərimələnib.
Azarkeşlər tərəfindən rəqib komandanın texniki zonası istiqamətinə kənar əşya atılması “Kəpəz”ə 800 manat cərimə bahasına başa gəlib.
Eyni zamanda, qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğundan, gəncəlilər daha 800 manat ziyana düşüblər.