"Beşiktaş"ın prezidenti Qurban Qurbanov barəsində nə danışdı?

"Beşiktaş"ın prezidenti Qurban Qurbanov barəsində nə danışdı?

Türkiyənin "Beşiktaş" klubunun prezidenti Həsən Arat “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında danışıb.

Mediasport.az xəbər verir ki, "qara qartallar"ın rəhbəri təcrübəli mütəxəssis barəsində xoş fikirlər səsləndirib.

Arat İstanbul təmsilçisinin baş məşqçi postuna namizədlərin siyahısında olan Qurbanovu tərifləyib.

Deyib ki, o, çox uğurlu məşqçidir və barəsində hər kəs yüksək fikirdədir.

Qeyd edək ki, Qurban Qurbanov “Beşiktaş”dan rəsmi təklif alsa da, yekun anlaşma əldə olunmayıb.