"Artıq klublar bizimlə düşmək istəmirlər, "Qarabağ"dan qorxurlar"
"Qarabağ"ın müdafiəçisi Marko Veşoviç mediasport.az saytına müsahibə verib.
Monteneqrolu futbolçu çempionluqdan və avrokuboklardan danışıb.
Mövsümü necə dəyərləndirirsən?
- Çempion olduğumuz üçün çox sevinirik. Ötən mövsüm avrokuboklarda da yaxşı çıxış etdik. Çalışacağıq ki, yeni mövsüm daha yaxşısını edək.
Şəxsi performansından razısan?
- Bəli, öz oyunumdan razıyam. Amma bilirəm ki, daha da yaxşı ola bilərəm.
Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazana biləcəksiz?
- Çətin komandalarla qarşılaşacağıq. İndi dəqiq nəsə demək çətindir. Bəzi komandalardan xəbərim var. Rumıniya, Polşa çempionları ilə düşə bilərik. Yaxşı hazırlaşmaq lazımdır. Ötən il hər mərhələ ağır rəqiblər düşürdü. Qruplara gedən yol çətin idi. Heç kimdəm qorxmuruq və hazırlaşacağıq. Hər komandanı məğlub edə bilərik. Ötən il qruplara düşmək üçün ağır yol gəldik.
Azı bu mövsümkü uğuru təkrar etmək olar?
- Püşkdən çox şey asılı olacaq. Artıq klublar "Qarabağ"la düşmək istəmir, bizdən qorxurlar. Yaxşı çıxış etməyə çalışacağıq. Buna potensialımız var.