Regekampf: "Müdafiə olunmaq hücum qurmaqdan daha asandı"

Regekampf: "Müdafiə olunmaq hücum qurmaqdan daha asandı"

Premyer Liqanın 9-cu turunun “Neftçi” – “Turan Tovuz” matçından sonra ev sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf mətbuat konfransında iştirak edib.

MediaSport.az xəbər verir ki, rumıniyalı məşqçi 0:0 hesabı ilə başa çatan matç haqda danışıb:

- Oyuna yaxşı başladıq. Çalışdıq ki, rəqib üzərində təzyiq yaradaq. Amma sonluqu gətirə bilmirdik. Buna görə də oyunumuzu çətinləşdirirdik, topu ayağımızda çox saxlayırdıq. Oyuna sürətimizi, keyfiyyətimizi əlavə edə bilmirdik. Beləliklə, oyunu da rəqib üççün asanlaşdırdıq. Bizim üçün yaxşı oyun deyildi.

 "Qarabağ"ı çempionluq münasibətilə təbrik etmək olar?

- Sona qədər mübarizə aparacağıq. Hazırda çox danışmalı deyilik. Çalışmalıyıq ki, bunu meydanda göstərək. Sakitləşib, bərpa olunub, titul uğrunda rəqabətə davam etməliyik.

Adınız "Styaua" ilə hallanır. Bu, nə dərəcədə doğrudu?

- Bu barədə deyiləsi bir şey yoxdu. "Neftçi" ilə iki illik müqaviləm var və işimə konsentrasiya olmuşam. Adım çox yerlərdə hallana bilər. 

Bundan əvvəl də Rumıniya millisi ilə adınız hallanırdı. Bu sizə olan tələbdən irəli gəlir, yoxsa işinizə konsentrasiya olmağınızı istəməyənlər var?

- Adımızın hallanması normaldı. Onlar da mediadı, sizin kimi jurnalistlərdi. Nə düşünürlər, nə istəyirlər, onu da yazırlar. Bu, mənim problemim deyil. Məlumatım yoxdu deyə, bir söz demək istəmirəm.

Bu gün qapıya bir zərbə də endirmədiniz. Belə rəqibə qarşı daha fərqli oynaya bilməzdiz?

- Həftəboyu beşli müdafiəyə qarşı necə oynamalı olduğumuzu məşq edirdik. Rəqib hansı stildə oynayırsa, komandamızı ona uyğun hazırlaşdırmışdıq. Oyunçularımla hər variantları nəzərdən keçirirdik. Erkən qol vursaydıq, oyun başqa cür alınacaqdı. İlk dəqiqələrdən aqressiv oynamaq istədik. Qol vura bilmədiyimizə görə rəqibə daha çox motivasiya verdik. Ancaq rəqibin də qol vurmaq üçün 100 faizli qol epizodu var idi.

Demək ki, rəqib baş məşqçi komandasını sizə qarşı daha yaxşı hazırlamışdı...

- Müdafiə olunmaq hücum qurmaqdan daha asandı. Burada kimin yaxşı hazırlaşdığını müqayisə etmək istəməzdim. Bu, sizin fikrinizdi və hörmətlə yanaşıram. Çalışdıq ki, yarımmüdafiənin mərkəzində çoxluq yaradaq və cinahdakı oyunçularımıza şərait yaradaq.

Çempionluğa oynayan komandanın ehtiyat skamyası bu qədər kasad olmamalıdı. Bu, sizi qayğılandırır və bu yöndə rəhbərliklə söhbət etmisiz?

- Bəli, biz hər gün bu mövzu haqda rəhbərliklə söhbət edirik. Hazırda güclü komanda yaratmaq üçün prosses gedir. Bilirik ki, bir gün ərzində bunu əldə edə bilmərik. Müəyyən mövqelərə futbolçular təklif olunur, baxırıq. Komanda yerli oyunçularla da güclənməlidi. Yerli oyunçularımızın zədələnməsini də gözləmirdik. Uzunmüddətli zədəli olan oyunçumuz var. Ümidvaram ki, Eddi 3-4 həftədən sonra komandaya qayıdacaq.

Qodsvoy Donyo qol vura bilmir. Onun indiki vəziyyəti sizi qane edir?

- Doğrudu, hücumçu qol vurmalıdı. Əminliklə deyə bilərəm ki, Donyo özü də oyunundan razı deyil. Onun kifayət qədər keyfiyyəti var və biz də çalışırıq ki, onu motivasiya edək. Hamı Donyonun tezliklə qollar vuracağına ümid edir.

Solomon Kvirkveliyanın əvəzlənərkən narazı olmasını bütün stadion gördü. Bu barədə fikriniz necədi?

- Son 7-8 qalmışdı və hansısa müdafiəçini hücumçu ilə əvəzləməliydik. Solomonun narazı qalması üçün heç bir əsas yoxdu. Daha çox mübarizə aparmalı, öz üzərində çalışmalıdı ki, daim oynasın. Əminəm ki, heç bir problem də yoxdu.

Sizcə, Emin Mahmudova istirahət verməli deyilsiz?

- Ona necə istirahət verə bilərik? Peşəkar futbolçudu və 90 dəqiqə oynamalıdı. Milli komandanın və "Neftçi"nin kapitanıdı. Bu yarışdı və bunu mən təşkil etmirəm. Hamımızın işidi, buna görə məvacib alırıq. Ola bilsin ki, yorğundu. Millidə də oyunlara çıxıb. Emin kimi 10 oyunçumuz yoxdu. O da 3-4 gündən bir meydana çıxdığı üçün qürur hissi keçirməlidi. Sizə məlumat verim ki, Emin ən çox iş görən, ən çox qaçan oyunçumuzdu. Bəlkə də siz haqlısız, Emin robot deyil, insandı və buan görə yorula bilər. Onun oyunundan razıyam.