"Bilirsiniz ki, əcnəbi oyunçular artıq milliyə dəvət almırlar" - Borisov
"Komandada ab-hava yaxşıdır. Bilirsiniz ki, əcnəbi oyunçular artıq milliyə dəvət almırlar. İndi özümüz oyunçu axtarışındayıq. Heyətdə olan futzalçıların potensialı var".
Mediasport.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.
Mütəxəssis Avropa çempionatının əsas mərhələsində Bakıda İsveç yığması ilə keçiriləcək oyundan əvvəl jurnalistlərə açıqlama verib.
O, rəqibin yaxşı komanda olduğunu qeyd edib: "Yunanıstanla oyunu izləmişik. Sadəcə, yunanlar qol fürsətlərindən yaxşı istifadə etdilər və qələbə qazandılar. İsveçlə matça qələbə üçün çıxacağıq".
Dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan-İsveç görüşü saat 20:00-da başlanacaq.