"Yoldaşlıq oyunlarının da faydası çatışmazlıqları ortaya çıxarmaqdır"
"İlk "oyunda standart vəziyyətlərdən qol buraxmamışdıq. Amma bu gün rəqib belə vəziyyətdən 4 qol vurdu. Bu da futzalda önəmli məqamdır. Hesabı erkən açsaq da, üstünlüyümüzü qoruya bilmədik".
Mediasport.az xəbər verir ki, bu sözləri futzal üzrə milli komandanın baş məşqçisi Vitali Borisov Çexiya ilə ikinci yoldaşlıq matçından sonra deyib (2:6).
Çalışdırıcı fasilədən sonra oyuna yaxşı qoşulmadıqlarını bildirib:
"Fasiləyə bərabərliklə yollandıq. Təəssüf ki, ikinci hissəyə pis başladıq. Meydan sahibi komanda dərhal qol vurdu. Sonrakı dəqiqələrdə hər şey çətinləşdi. "5-in" "4-ə" oynamaq istədik, bunun üzərində çox işləmədiyimizə görə, istədiyimiz kimi alınmadı. Yaxşı məqam o oldu ki, həmin dəqiqələrdə qol buraxmadıq".
Mütəxəssis komandasının müəyyən qədər yorğun olduğunu və 7-8 futzalçı ilə mübarizə apardıqlarını söylıyib:
"Uşaqlar sona qədər mübarizə apardılar. Təkbətək mübarizələri uduzmadıq. Hardasa ustalıq səviyyəsində geri qalırıq. Bunlara baxmayaraq, hesabın oyuna görə olduğunu deməzdim. Bizim də ikinci hissədə 2-3 qol epizodumuz oldu, amma istifadə edə bilmədik. Yoldaşlıq oyunlarının da faydası çatışmazlıqları ortaya çıxarmaqdır".