Azərbaycan güləşçisi Olimpiya Oyunlarına qələbə ilə başladı

Azərbaycan güləşçisi Olimpiya Oyunlarına qələbə ilə başladı

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Mediasport.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 finalda misirli Diaeldin Abdelmottaleblə qarşılaşıb.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Meşvildişvili 1/4 finala yüksəlib.