"Bizi "Qarabağ"la çətin oyun gözləyir" - "Braqa"nın baş məşqçisi
UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliya mətbuatına açıqlama verib.
Mediasport.az xəbər verir ki, fevralın 15-də Braqada baş tutacaq ilk matç barədə düşüncələrini bölüşən mütəxəssis onları çətin rəqibin gözlədiyini deyib.
52 yaşlı çalışdırıcı bildirib ki, “Qarabağ”la oyun asan olmayacaq:
“Dünən “Sportinq”ə 0:5 hesabı ilə uduzsaq da, ruhdan düşməməli və irəli baxmalıyıq. İndi təəssüflənməyə zamanımız yoxdur. Bizi “Qarabağ”la çətin görüş gözləyir. Bu matça hazırlaşmaq lazımdır".
Qeyd edək ki, “Braqa” – “Qarabağ” dueli Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Cavab qarşılaşması fevralın 22-də Bakıda oynanılacaq.