Azərbaycan təmsilçisi beynəlxalq turnirdə finala vəsiqə qazandı
Quba şəhərində 12 yaşadək futbolçular arasında keçirilən "Ulduz Cup" beynəlxalq turnirinda finalçılar müəyyənləşib.
Mediasport.az xəbər verir ki, həlledici matçda "Ulduz" və "Dinamo" (Minsk, Belarus) qarşılaşacaqlar.
Təmsilçimiz yarımfinalda Gürcüstanın "Saburtalo" kollektivini penaltilər seriyasında məğlub edib - 5:4.
"Dinamo" isə "Bunedkor"dan (Özbəkistanın) güclü olub - 7:2.
Üçüncü yer uğrunda oyunda "Saburtalo" və "Bunedkor" komandaları üz-üzə gələcək.
"Ulduz Cup" turniri. Yarımfinal mərhələsi
5 sentyabr
"Ulduz" FA - "Saburtalo" (Gürcüstan) 0:0 (penaltilər seriyası - 5:4)
"Dinamo" (Minsk, Belarus) - "Bunedkor" (Özbəkistan) 7:2