Nigeriyalı vinger daha 2 il bölgə klubunun formasını geyinəcək

Nigeriyalı vinger daha 2 il bölgə klubunun formasını geyinəcək

Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan "Karvan" Peter Kinqslə yeni müqavilə bağlayıb.

Mediasport.az xəbər verir ki, Yevlax təmsilçisi nigeriyalı vingerlə anlaşmanın müddətini 2026-cı ilin yayınadək uzadıb.

23 yaşlı hücumameylli futbolçu 2023-cü ilin yayından bölgə klubunun formasını geyinir.

Xatırladaq ki, komanda geridə qalan mövsümü 44 xalla 5-ci pillədə başa vurub.