"Böyük beşlik"də ən çox qələbə qazanan "Papa" Karlo zirvədədir
Cari mövsüm Avropanın "Böyük beşlik" çempionatlarında bütün turnirlər daxil olmaqla ən çox qələbə qazanan baş məşqçilərin adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, "Real"ın çalışdırıcısı Karlo Ançelotti birinci olub.
İlk "3-lüy"ü "Bayer"dən Xabi Alonso, "Liverpul"dan Yürgün Klopp və "Mançester Siti"dən Pep Qvardiola (3-4-cü yerlər) tamamlayır.
Ən çox qələbə qazanan baş məşqçilər:
1. Karlo Ançelotti ("Real") - 30 oyun, 25 qələbə
2. Xabi Alonso ("Bayer") - 27 oyun, 24 qələbə
3. Yürgen Klopp ("Liverpul") - 32 oyun, 23 qələbə
4. Pep Qvardiola ("Mançester Siti") - 32 oyun, 23 qələbə
5. Simone İnzaqi ("İnter") - 29 oyun, 21 qələbə
6. Miçel ("Jirona") - 25 oyun, 20 qələbə
7. Xavi ("Barselona") - 30 oyun, 20 qələbə
8. Unay Emeri ("Aston Villa") - 31 oyun, 20 qələbə
9. Tomas Tuxel ("Bayern") - 26 oyun, 19 qələbə
10. Dieqo Simeone ("Atletiko") - 29 oyun, 19 qələbə
Rövşən
Mənbə: "Transfermarkt"