Kvaratsxeliya üçün "yaşıl işıq"
"Napoli" qısa zamanda əsas heyət üzvünə çevrilmiş Xviça Kvaratsxeliyanın müqavilə şərtlərini yaxşılaşdırmağa hazırlaşır.
mediasport.az xəbər verir ki, Neapol təmsilçisi yayda Batumi "Dinamo"sundan aldığı 21 yaşlı forvardın maaşını artıracaq. Rəhbərlik artıq qərarını verib.
Gürcüstün milli komandasının üzvü İtaliya klubunun heyətində ümumilikdə 14 oyun keçirib, 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ildə başa çatacaq.