Qara Qarayevin "Neftçi" ilə hansı məbləğə razılaşdığı müəyyənləşdi

Qara Qarayevin "Neftçi" ilə hansı məbləğə razılaşdığı müəyyənləşdi

2005-ci ildən (2008-ci ildən əsas komandada) "Qarabağ"da çıxış edən Qara Qarayevin "Neftçi" ilə razılaşdığı maliyyə şərtləri məlum olub.

MediaSport.az saytına verilən məlumata görə, Ağdam klubunun yetirməsi illik 350 min manatlıq anlaşmaya qol çəkəcək.

31 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"la 2 illik müqavilə bağlayacaq.

Bildirək ki, Qara eyni təklifi "Sabah"dan da alıb. Lakin təcrübəli futbolçu "Neftçi"nin kapitanı Emin Mahmudovla dostluğu və yaxın münasibətindən dolayı seçimini bu komandadan yana edib.