"Qarabağ" Fransa millisinin keçmiş futbolçusunu transfer etdi - RƏSMİ

"Qarabağ" Fransa millisinin keçmiş futbolçusunu transfer etdi - RƏSMİ

“Qarabağ” Adama Diakabi ilə müqavilə imzalayıb.

mediasport.az xəbər verir ki, onunla sözləşmə 2025-ci il iyunun 30-dək nəzərdə tutulub. 

Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın “Kan”, “Renn”, “Monako” və “Amyen”, eləcə də İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarının formasını geyinib.