"Sumqayıt" onunla da vidalaşdı

"Sumqayıt" onunla da vidalaşdı

"Sumqayıt"da ilk ayrılıq reallaşıb.

Mediasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Abu Dosso ilə başa çatan müqaviləni yeniləməyib.

Xatırladaq ki, kot d’İvuarlı futbolçu Sumqayıt klubunda ötən mövsümün əvvəlindən çıxış edirdi.

Dosso bu müddət ərzində 29-u Premyer Liqa və 3-ü kubok matçında olmaqla ümumilikdə 32 oyunda meydanda olub.

28 yaşlı cinah oyunçusu bu qarşılaşmalarda 5 məhsuldar ötürmə ilə yadda qalıb.