Bu il dünyada ən çox qol vuran futbolçular müəyyənləşdi

Bu il dünyada ən çox qol vuran futbolçular müəyyənləşdi

2022-ci ildə indiyədək bütün turnirlərdə ən çox qol vuran futbolçular bəlli olub.

mediasport.az xəbər verir ki, siyahıya Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe başçılıq edir.

24 yaşlı forvard bu müddət ərzində 46 qola imza atıb. "Mançester Siti"də çıxış edən Norveç millisinin üzvü Erlinq Halann 41 qolla ikinci sırada yer alıb. 3-4-cü yerləri 40 qolla Polşa yığması və "Barselona"nın forvardı Robert Levandovski ilə Malayziyanın "Johor Darul Tazim" klubunun braziliyalı üzvü Berqson.