Qazaxıstan final mərhələsi arzusunda, İngiltərə İtaliyaya qarşı
Bu gün AVRO-2024-ün seçmə qrup mərhələsində 8-ci turun sonuncu görüşləri keçiriləcək.
Mediasport.az xəbər verir ki, üçüncü oyun günündə 3 qrupda 7 matç baş tutacaq.
C qrupunda İngiltərə, G qrupunda Macarıstan, H qrupunda isə Danimarka final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. İngiltərə və Macarıstan yığmalarına qələbə qazanmaq kifayət edəcək. Danimarka milli isə qalib gəlməklə yanaşı, qrupun digər görüşlərinin də nəticəsinə ümid etməlidir.
Qeyd edək ki, indiyə qədər ev sahibi Almaniya, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya Avropa çempionatına vəsiqə əldə ediblər.
AVRO-2024. Seçmə qrup mərhələsi. 8-ci tur
C qrupu
22:45 İngiltərə – İtaliya
22:45 Malta – Ukrayna
Turnir cədvəli: İngiltərə – 13 xal (5 oyun), İtaliya – 10 xal (5), Ukrayna – 10 xal (6), Şimali Makedoniya – 7 xal (6), Malta – 0 xal (6)
G qrupu
22:45 Litva – Macarıstan
22:45 Serbiya – Monteneqro
Turnir cədvəli: Macarıstan – 13 xal (5), Serbiya – 10 xal (6), Monteneqro – 8 xal (5), Litva – 5 xal (6), Bolqarıstan – 2 xal (6)
H qrupu
19:00 Finlandiya – Qazaxıstan
22:45 Şimali İrlandiya – Sloveniya
22:45 San Marino – Danimarka
Turnir cədvəli: Sloveniya – 16 xal (7), Danimarka – 16 xal (7), Finlandiya – 12 xal (7), Qazaxıstan – 12 xal (7), Şimali İrlandiya – 6 xal (7), San Marino – 0 xal (7)