Heç-heçə edən Azərbaycan çempionu avrokubokla vidalaşıb
Azərbaycanı futbol üzrə UEFA Regionlar Kubokunda təmsil edən "Şimal" komandası birinci mərhələnin B qrupunda 2-ci oyununu keçirib.
Mediasport.az xəbər verir ki, İsveç "Qothenburq"u ilə qarşılaşan təmsilçimiz məhsuldar heç-heçəyə imza atıb - 2:2.
Xatırladaq ki, AFFA Region Liqasının son qalibi olan Xaçmaz təmsilçisi 2024-2025-ci illər mövsümündə 2-ci Liqada mübarizə aparacaq.
UEFA Regionlar Kuboku. B qrupu
1 iyul
"Şimal" (Azərbaycan) - "Qothenburq" (İsveç) 2:2
Qollar: Kazbek Qafarov, 44; Şahlar Sadiyev, 58 - Emil Ursolm, 12; Bessi Gunnar Arnason, 60.
Baş hakim: Dumitri Muntean (Moldova)