"Bura gələndə elə eşitmişdim, guya ki, "Neftçi" ilə oyunlar derbidir"

"Bura gələndə elə eşitmişdim, guya ki, "Neftçi" ilə oyunlar derbidir"

"Hər oyun fərqlidir. Qarşıda bizi cavab oyunu gözləyir. Onu fikirləşməliyik".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın hücumçusu Olavio Juninyo deyib.

Braziliyalı forvard Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" ilə ilk qarşılaşması (4:0) haqqında fikirlərini bölüşüb:

"Bu, derbidir. Artıq mərhələ keçdiyimizi deyə bilmərəm. Komandada hərə öz işini görməyə çalışır. Qeydə alınan hesaba görə çox sevincliyik. Qol vura bilməsəm də, əsas komandanın nəticəsidir. Məyus deyiləm. Fərqlənməyim situasiyadan asılıdır, bu gün alınmadı".

Ağdam klubunun Premyer Liqada bombardiri "4 ilə yaxındır "Neftçi" "Qarabağ"a qalib gələ bilmir, bu dueli nə dərəcədə derbi adlandırmaq olar?" sualına belə cavab verib:

"Mən bura gələndə elə eşitmişdim, guya ki, "Neftçi" ilə oyunlar derbidir. Mən də onların dediyini deyirəm".

27 yaşlı hücumçu son günlər sosial şəbəkələrdə geniş yayılan videosundan - dönər yeməyindən də danışıb:

"İstirahət günlərində şəhərə çıxdığım zaman bəzən ayaqüstü yeməklərin dadına baxıram. Hərdən olur".

Olavio transfer məsələsi barədə mövsümün sonunda qərar verəcəklərini vurğulayıb. Deyib ki, agenti Bakıya o zaman gələcək və məsləhətləşəcəklər".

Elvin