RƏSMİ: Zaur Axundov futbol federasiyasının yeni sədri seçildi

RƏSMİ: Zaur Axundov futbol federasiyasının yeni sədri seçildi

Naxçıvan Futbol Federasiyasının yeni sədri seçilib.

Mediasport.az xəbər verir ki, bu gün keçirilən federasiyanın yığıncağının gündəliyində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının yeni sədrinin seçilməsi məsələsi yer alıb.

İclasda federasiya sədri vəzifəsinə Zaur Axundovun namizədliyi irəli sürülüb.

Təklif yekdilliklə qəbul olunub və Z.Axundov Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Qəzənfər Abdullayev idi.