Rahil Məmmədovun komandası 120 dəqiqə oynayıb mərhələ adladı
Polşada ölkə kubokunun 1/32 final mərhələsinin oyunları keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun komandası "Radomyak" "Qurnik"lə qarşılaşıb.
Əsas vaxtı heç-heçə ilə yekunlaşan dueldə əlavə vaxt oynanılıb və "Radomyak" minimal hesablı qələbə qazanıb (1:0).
Məmmədov 1/16 finala yüksələn kollektivin heyətində 120 dəqiqə meydanda olub.