"Bütün diqqətimizi "Qarabağ"la oyunun hazırlığına yönəltmişik"

"Bütün diqqətimizi "Qarabağ"la oyunun hazırlığına yönəltmişik"

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 7-də Bakıda "Qarabağ"ın qonağı olacaq "Bayer" əsas diqqətini Azərbaycan çempionu ilə matça yönəldib.

Mediasport.az xəbər verir ki, Almaniya klubunun yarımmüdafiəçisi Robert Andrix mətbuat xidmətinə açıqlamasında Bundesliqanın son turunda "Köln" üzərindəki qələbəni unutduqlarını bildirib.

30 yaşlı futbolçu onları Bakıda vacib qarşılaşmanın gözlədiyini deyib:

"Təbii ki, "Köln"ə qalib gədiyimiz üçün sevinirik. Lakin indi bütün diqqətimizi "Qarabağ"la oyunun hazırlığına yönəltmişik. Səfərdə vacib oyuna çıxacağıq".

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də start götürəcək.