Canlı yayım və VAR sistemi olmayacaq - PFL-dən AÇIQLAMA
Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasının 18-ci turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu başa çatdırılmayıb.
Güclü külək səbəbindən stadionun işıq dirəklərindən biri aşaraq meydana düşüb.
Mediasport.az xəbər verir ki, AFFA, PFL rəhbərliyi və hakimlər briqadasının məşvərətindən sonra qarşılaşmanın sabah saat 12:00-da dayandırıldığı yerdən - 81-ci dəqiqədən davam etdirilməsi qərara alınıb.
Hadisə ilə bağlı açıqlama yayan PFL-in məlumatını təqdim edirik:
"Əvvəlcədən nəzərdə tutulduğu kimi 24 dekabr tarixində Misli Premyer Liqasında 2 oyun keçiriləcəyi üçün sabah davam etdiriləcək "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu yayım planına əsasən canlı yayımlanmayacaq və həmin oyunda VAR sistemi aktiv olmayacaq".