"Gəncə" liderliyini qorudu - Azərbaycan Basketbol Liqası
Azərbaycan Basketbol Liqasında 9-cu tura yekun vurulub.
mediasport.az xəbər verir ki, turun son oyun günündə 1 matç keçirilib.
Turnir cədvəlinin vahid lideri “Gəncə" Astara təmsilçisi “Zirvə"ni qəbul edib. İki region komandasının duelindən qərblilər qalib ayrılıb - 98:85. Oyunun ən məhsuldar basketbolçuları “Gəncə”dən Ceylon Perri (29 xal, 5 ribaund ), “Zirvə"dən Ruşard Kruikşenk seçilib - 25 xal, 9 ribaund. Beləliklə, Gəncə klubu liderliyini qoruyub.
10-cu turun görüşləri dekabrın 14, 17 və 18-də keçiriləcək.