Azərbaycan yığması İspaniya ilə oyuna çxımaqdan imtina etdi

Azərbaycan yığması İspaniya ilə oyuna çxımaqdan imtina etdi

Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşan Azərbaycanın 3x3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən Bordo mərhələsində növbəti matçı oynamaqdan imtina edib.

Mediasport.az xəbər verir ki, yığmamız İspaniya ilə duelə çıxmayıb.

Ötən gün "Bordo" klubuna 9:17 hesabı ilə uduzan kollektiv zədəli oyunçular səbəbindən yarışı vaxtından əvvəl tərk edərək qrup sonuncusu olub.

Xatırladaq ki, basketbolçularımız olimpiadada ilk görüşünü iyulun 30-da İspaniyaya qarşı keçirəcəklər.