Bölgə klubunun legioner forvardı milli komandaya dəvət alıb
Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan "Zaqatala"nın futbolçusu Steyn Essono Qabon yığmasına çağırılıb.
Mediasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumçu millinin Seneqala qarşı keçirəcəyi yoldaşlıq oyunu üçün yığmaya çağırılıb.