Əlcəzairdən olan iki futbolçu Azərbaycan klubunda baxışdadır
Futbol üzrə Azərbaycan 1-ci Liqasına hazırlaşan "Difai Ağsu" heyətini komplektləşdirməklə məşğuldur.
Mediasport.az xəbər verir ki, çempionatda ikinci mövsümünü keçirəcək komanda düşərgəyə 2 yeni legioner dəvət edib.
Yoxlanışa Əlcəzairdən gələn futbolçulardan biri müdafiəçi, digəri yarımmüdafiəçidir.
Baş məşqçi Elgiz Kərəmli legionerlərlə bağlı yekun qərarını yaxın günlərdə verəcək.
Qarabağ qazilərinin təmsilçisi daha əvvəl sınaqdan keçirdiyi gürcü futbolçuları geri qaytarıb.
Xatırladaq ki, Liqada 2024/2025-ci illər mövsümü sentyabrın 11-də start götürəcək və "Difai Ağsu" ilk turda debütant "Cəbrayıl"la qarşılaşacaq.