Azərbaycan klubunun stadionunda təmir-bərpa işləri başlanıldı

Azərbaycan klubunun stadionunda təmir-bərpa işləri başlanıldı

Futbol üzrə Azərbaycan 1-ci Liqa təmsilçisi "İmişli" ev oyunlarını keçirdiyi Heydər Əliyev adına İmişli Şəhər stadionunu təmirə bağlayıb.

Mediasport.az xəbər verir ki, stadion bölgə təmsilçisinin şəxsi vəsaiti hesabına təmir ediləcək.

Yan qurğuların təmiri, ot örtüyünün yenilənməsi, baza təmiri və digər müxtəlif sahələrdə aparılan profilaktik və təmir işləri ilə əlaqədar bir müddət bağlanacaq.

Həm futbolçulara, həm azarkeşlərə ən keyfiyyətli infrastruktur təqdim etmək üçün ciddi şəkildə işlər həyata keçirilir.