Yığma komandamızın FİFA reytinqində mövqeyi dəyişməyib

Yığma komandamızın FİFA reytinqində mövqeyi dəyişməyib

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Mediasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni siyahıda Azərbaycan yığmasının mövqeyi dəyişməyib.

Hazırda baş məşqçisiz olan komandamız 1174.22 xalla 114-cü sırada qərarlaşıb.

Reytinq siyahısına əvvəlki kimi Argentina seçməsi (1855.2 xal) başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) üçüncü pilləni tutur.