Qırğızıstan və Tacikistan FİFA reytinqində millimizi qabaqlayır

Qırğızıstan və Tacikistan FİFA reytinqində millimizi qabaqlayır

Azərbaycan millisinin FİFA-nın iyul ayı üçün reytinqindəki mövqeyi açıqlanıb.

MediaSport.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komandanın sıralamadı yeri dəyişməyib.

Yığmamız 1143 xalla 121-ci pillədə qalıb.

Reytinqə əvvəlki kimi, 1843,73 xalla son dünya çempionu Argentina başçılıq edir. Fransa millisi (1843,54) cüzi fərqlə ikinci, Braziliya (1828) isə üçüncü sırada qərarlaşıb.


İlk “10-luq”

1. Argentina – 1843,73 xal

2. Fransa – 1843,54

3. Braziliya – 1828

4. İngiltərə - 1797

5. Belçika – 1788

6. Xorvatiya - 1742

7. Niderland – 1731

8. İtaliya – 1726

9. Portuqaliya – 1718

10. İspaniya – 1703


AÇ-2024. Yığmamızın yer aldığı F qrupu

5. Belçika – 1788

23. İsveç - 1547

29. Avstriya – 1528

111. Estoniya - 1179

121. Azərbaycan – 1143


Postsovet məkanı

24. Ukrayna - 1541

38. Rusiya - 1495

74. Özbəkistan – 1327

78. Gürcüstan – 1312

90. Ermənistan – 1252

97. Qırğızıstan - 1224

98. Belarus - 1212

104. Qazaxıstan - 1198

110. Tacikistan – 1179,54

111. Estoniya – 1179,30

121. Azərbaycan – 1143

134. Latviya - 1096

138. Türkmənistan - 1089

144. Litva - 1069

164. Moldova - 990