“Azərbaycanla görüş Albaniya millisi üçün çox vacib və dəyərlidir"

“Azərbaycanla görüş Albaniya millisi üçün çox vacib və dəyərlidir"

“Əsas diqəqtimizi Azərbaycanla oyuna yönəltmişik. Bundan sonra Avropa çempionatının qrup mərhələsinin ilk turunda qarşılaşacağımız İtaliya millisini daha yaxşı dəyərləndirmək və təhlil etmək imkanımız olacaq"

Mediasport.az xəbər verir ki, bu sözləri Albaniya millisinin baş məşqçisi Silvinyo deyib.

Braziliyalı mütəxəssis sabah millimizə qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb:

"Sabahkı matç Avropa çempionatı öncəsi önəmli sınaqdır. Futbolçulara, xüsusən də az şans qazanan oyunçulara bir çox yenilikləri sınamaq imkanı verməliyik. Milli komanda üçün bu, çox vacibdir. Rəqib bizə çətinlik yarada bilər. Görüş Albaniya millisi üçün çox vacib və dəyərlidir. Matçdan sonra həm fərdi, həm də komanda şəklində indiki durumumuzu analiz edəcəyik. Yoldaşlıq görüşləri bizə harada olduğumuzu göstərəcək və Avropa çempionatına hazırlaşmağa kömək edəcək”.

Xatırladaq ki, Albaniya - Azərbaycan qarşılaşması sabah Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş" İdman Kompleksinin stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.