Cəlalın komandası Sofiya səfərində

Cəlalın komandası Sofiya səfərində

Bolqarıstan Peşəkar Futbol Liqasında 18-ci turun təxirə salınmış matçı bu gün keçiriləcək.

Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi "Arda" "ÇSKA 1948"lə üz-üzə gələcək.

"Hərbçilər" 32 xalla turnir cədvəlində altıncı, "Arda" isə 31 xalla yeddincidir.

Bolqarıstan Liqası. 18-ci tur

19:30 ÇSKA 1948 - Arda