Çempionlar Liqasının bu oyunu güclü yağışa görə təxirə salınıb
Asiya Çempionlar Liqasında yarımfinalın "Əl-Əyn" (Birləşmiş Ərəb Əmirlikləri) - "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) oyunu təxirə salınıb.
Mediasport.az xəbər verir ki, buna səbəb Dubayda güclü yağışın daşqına yol açması olub.
Asiya Futbol Konfederasiyası qarşılaşmanın aprelin 17-nə təxirə salınmasını qərara alıb.
Yarımfinalın digər cütündə isə Cənubi Koreyanın "Ulsan" və Yaponiyanın "Yokohama" komandaları üz-üzə gələcəklər.