Fransa Superkubokunun qalibi bəlli olub: PSJ-dən rekord göstərici
Liqa 1 təmsilçilərindən PSJ və "Tuluza"nın qarşılaşdığı Fransa Superkubokunun sahibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Luis Enrikenin çalışdırdığı Paris təmsilçisi 2:0 hesabı ilə qalib gəlib və kuboka yiyələnib.
Paytaxt təmsilçisi bütün turnirlərdə məğlubiyyətsizlik seriyasını 9 matça çatdırıb (son məğlubiyyət cari mövsüm Çempionlar Liqasının qrup mərhələsinin "Milan"la səfər matçında qeydə alınıb).
Xatırladaq ki, PSJ 12-ci dəfə Fransa Superkubokunu qazanmaqla rekord göstəriciyə imza atıb.