Milli komandamızın kapitanı Macarıstan kubokunun qalibi olub

Milli komandamızın kapitanı Macarıstan kubokunun qalibi olub

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimova Macarıstanda növbəti titulunu qazanıb

Mediasport.az xəbər verir ki, yığmamızın lideri formasını geyindiyi "Vaşaş"ın heyətində ölkə kubokunun qalibi olub.

Ayşənin komandası finalda millimizin digər üzvü Marqarita Stepanenkonun şərəfini qoruduğu "Bekeşçaba"ya 3:0 qalib gəlib.

Ayşən 7, Stepanenko 15 xalla yadda qalıb.

Qeyd edək ki, Abduləzimova bu komandanın heyətində daha əvvəl Rumıniya çempionu olub və Superkuboku əldə edib.