"Azərreyl" cavab oyununa çıxır

"Azərreyl" cavab oyununa çıxır

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc Kubokunun 1/32 final mərhələsində cavab oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, təmsilçimiz Ukraynanın "Balta” klubunu mübarizədən kənarlaşdırmağa çalışacaq.

Komandalar arasında dünən baş tutmuş ilk dueldə təmsilçimiz inamlı qələbə qazanıb - 3:0. Bu gün ukraynalılar meydan sahibləri qismində çıxış edəcəklər.


Çelenc Kuboku. 1/32 final. Cavab oyunu


20:00. “Balta” (Ukrayna) - “Azərreyl” (Azərbaycan)

Bakı. Voleybol Mərkəzi.

İlk oyun – 0:3.