"Azərreyl" finalda, "Murov" və "Abşeron" arasında 3-cü oyun olacaq

"Azərreyl" finalda, "Murov" və "Abşeron" arasında 3-cü oyun olacaq

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk finalçı müəyyənləşib.

mediasport.az xəbər verir ki, yarımfinalın ikinci görüşündə də UNEC-ə 3:0 (25:07, 25:14, 25:17) hesabı ilə qalib gələn "Azərreyl" həlledici görüşə vəsiqə qazanıb.

"Murov" və "Abşeron" komandaları arasında keçirilən igər yarımfinal oyununda isə qonaqların 3:1 (25:19, 22:25, 29:27, 27:25) hesablı qələbəsi ilə vəziyyət dəyişib. Bu nəticədən sonra ümumi hesab bərabərləşdiyindən (1:1) qalibin adına 3-cü qarşılaşmadan sonra aydınlıq gətiriləcək.

UNEC isə bu cütün məğlubu ilə bürünc medal uğrunda yarışacaq.