Daha bir idmançımız Olimpiya Oyunlarına lisenziya qazanıb

Daha bir idmançımız Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın daha bir idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Mediasport.az xəbər verir ki, Rostislav Pevtsov 3-cü dəfə ölkəmizi olimpiadada təmsil edəcək.

Yeni açıqlanan yekun olimpiya reytinqində 52-ci pillədə qərarlaşan təmsilçimizin "Paris-2024"ə yollanacağı təsdiqlənib.