Taekvondoçumuz Olimpiya Oyunlarında gümüş medal qazanıb

Taekvondoçumuz Olimpiya Oyunlarında gümüş medal qazanıb

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında gümüş medalı qazanıb.

Mediasport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan idmançımız finalda Cənubi Koreya təmsilçisi Park Taejonla üz-üzə gəlib.

Rəqibinə məğlub olan Maqomedov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Taekvondoçumuz ilk hissəni geridə tamamlayıb - 0:9. İkinci hissəni isə ayağından ciddi zədə aldığından sona qədər davam etdirə bilməyib.