Taekvondoçumuz Parisə hazırlığı türkiyəli idmançı ilə birlikdə keçir
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 yay Olimpiya Oyunlarına hazırlığın son məşqlərini tanınmış türkiyəli idmançı ilə keçir.
Mediasport.az xəbər verir ki, 58 kq çəkidə mübarizə aparacaq lisenziyaçımız federasiyanın zalında hazırlığa qatılıb.
Toplanışa Türkiyənin tanınmış taekvondoçusu Deniz Dağdelen cəlb edilib.
Klublararası Avropa çempionatı, “Trelleborg Open”, “Palestine Open” “Dutch Open” və “Sofia Open”in qalibi ilə hazırlıq taekvondoçumuzun "Paris-2024"də daha uğurlu çıxışına hesablanıb.
“Spanish Open” və “Turkish Open”in də 2 dəfə qızıl medalını qazanan Dağdelenlə sınaq döyüşləri keçirilir.
Qeyd edək ki, Maqomedov Fransa paytaxtına avqustun 2-dəyollanacaq.