Cüdoçumuza uduzan polyak idmançı gözündən ciddi zədələnib

Cüdoçumuza uduzan polyak idmançı gözündən ciddi zədələnib

Polşalı cüdoçu Pyotr Kuçera Paris-2024 Yay Olimpiya Oyunlarında zədələnib.

Mediasport.az xəbər verir ki, 100 kq-da mübarizə aparan idmançı 1/8 finalda Azərbaycan millisinin üzvü Zelim Kotsoyevlə görüşdə sıradan çıxıb.

Cüdoçunun sağ gözündən ciddi zədə alıb.

Kotsoyevin fəndindən sonra ayağa qalxan polşalının gözündən qan axması fotoqrafların obyektivindən yayınmayıb.

Xatırladaq ki, dueldə təmsilçimiz ipponla qalib gəlib.