Alvaro Morata yayda "Atletiko" ilə müqaviləsini 2 dəfə yeniləyib
“Atletiko”nun hücumçusu Alvaro Morata Madrid klubu ilə müqaviləsini bu yay 2 dəfə yeniləyib.
Mediasport.az xəbər verir ki, İspaniya yığmasının forvardı açıqlamasında yayda yol üstündə olduğunu deyib.
30 yaşlı futbolçunun sözlərinə görə, son anda baş məşqçi Dieqo Simeone ilə söhbəti onu fikrindən daşındırıb:
“Səudiyyə Ərəbistanından təkliflər almışdım. Atletiko"dan getməyə yaxın idim. Lakin son olaraq Simeone ilə danışdım və anladım ki, qalmalıyam. Komandamla titul qazanmağa çalışıram. Bu, alınsa, inanılmaz hislər yaşayaram”.
2019-cu ildən "matrasçılar"ın formasını geyinən Morata cari mövsüm bütün turnirlər daxil 8 oyun keçirib, 7 qol vurub.
2020/2022-ci illəri icarə əsasında "Yuventus"da keçirmiş ispaniyalının paytaxt təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.