6 dəfə ölkə çempionu olmuş komanda 3-cü diviziona göndərildi
Fransada 6 dəfə Liqa 1 çempionu olmuş "Bordo" ağır günlərini yaşayır.
Mediasport.az xəbər verir ki, titullu komanda maliyyə böhranından çıxa bilmir.
Bir neçə ildir Liqa 2-də mübarizə aparan "jirondinlər" növbəti dəfə aşağı liqaya yuvarlanıblar.
Fransa Futbol Assosiasiyası 2024/2025-ci illər mövsümü üçün Liqa 2-də yarışmağa maliyyə təminatı verə bilməyən komandanı 3-cü diviziona (Milli Çempionat) salıb.
Xatırladaq ki, "Bordo" son mövsüm Liqa 2-də 18 kollektiv arasında 12-ci yeri tutaraq çempionatda qalmaq vəzifəsinin öhdəsindən gəlmişdi.