Avropa birinciliyini 3 qızıl, 2 gümüş və 3 bürünc medalla tamamladıq
Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi başa çatıb.
mediasport.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisi aktivinə daha 2 qızıl, 1 gümüş və 1 bürünc medal yazdırıb.
Bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli və Vasif Səlimov çempion tituluna yiyələnib. Yalnız finalda məğlub olan Elcan Əliyev gümüş medal qazanıb. Fuad Məhərləmli isə üçüncü olub.
Beləliklə, yığmamız Avropa birinciliyini 3 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurmaqla, Azərbaycan taekvondo tarixində son 15 ilin rekorduna imza atıb.
Milli 8 medalla həm oğlanların, həm də ümumu komanda hesabında qitənin 3-cüsü olub. Daha əvvəl Zəhra İsayeva (29 kq) qızıl, Xuraman Cavadzadə (37 kq) gümüş, Mehdi Budaqlı (33 kq) və Bahadur Dostuyev (49 kq) bürünc medal qazanıblar.