Messi ilk dəfə qol vurdu

Messi ilk dəfə qol vurdu

Argentina millisinin kapitanı Lionel Messi üçün Dünya Kubokunun Avstraliya yığması ilə 1/8 final qarşılaşması əlamətdar olub. Təcrübəli futbolçu həm karyerası ərzində 1000-ci oyunununa çıxıb, həm də daha bir fərdi uğura imza atıb.

mediasport.az xəbər verir ki, 35 yaşlı ulduz futbolçu komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçda fərqlənməklə Dünya çempionatlarının pley-off mərhələlərində ilk qolunu vurub.

İndiyə qədər mundialların final mərhələlərində 22 matç keçirən Messi 9 dəfə fərqlənsə də, pley-offda qol vura bilməmişdi. Ümumilikdə aktivində dünya birinciliklərində 9 qol var və əfsanəvi həmyerlisi Dieqo Maradona (21 oyun, 8 qol) ilə Kriştiano Ronaldonu (18 matç, 8 qol) qabaqlayır.

O, bütün turnirlər daxil, 789 qolun müəllifidir.