DÇ-2027: Azərbaycan millisi İsveçrə yığmasına məğlub olub

DÇ-2027: Azərbaycan millisi İsveçrə yığmasına məğlub olub

Kişi basketbolçular arasında DÇ-2027-nin seçmə qrup mərhələsi oyunlarına start verilib.

Mediasport.az xəbər verir ki, tarixində ilk dəfə dünya birinciliyinin seçmə mərhələlərinə qatılan Azərbaycan milli komandası İsveçrə yığmasının qonağı olub.

Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub - 53:72.

Komandamız fevralın 25-də Bakıda Kosovo millisi ilə qarşılaşacaq.

Yığmamızın yer aldığı I qrupunda İrlandiya seçməsi də mübarizə aparır.